Koroğlu-Zabrat-2 istiqamətinə yeni avtobuslar veriləcəkmi? AÇIQLAMA

Koroğlu-Zabrat-2 istiqamətinə yeni avtobuslar veriləcəkmi? AÇIQLAMA

Koroğlu-Zabrat -2 İstixana istiqamətinə işləyən 148 nömrəli avtobusların sayının azaldıldığı bildirilir. Sərnişinlərin verdiyi məlumata həmin avtobuslar gecikir, vaxtında gəlmirlər. Məsələyə aydınlıq gətirən Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev SİA-ya açıqlamasında bildirib ki, marşurut xətti üzrə daşıyıcı tərəfindən verilən məlumata əsasən 9 nəqliyyat vasitəsi 6 intervalla hərəkət edir.

Onun sözlərinə görə, orada ola bilsin gecikmələr günün əsasən səhər və axşam saatlarında müşahidə olunsun: “O, yoldakı sıxlıq həmin hərəkətlə əlaqədardır yəni ki, səhər saatlarında ətraf kənd və qəsəbələrdən şəhər istiqamətində axın çox olduğundan yollarda sıxlıq müşahidə olunur. Bu istiqamətdə yeni avtobusların verilməsi hələlik nəzərdə tutulmayıb. Bu il ərzində yeni nəqliyyat vasitələrinin Bakıya gətirilməsi nəzərdə tutulub və həmin nəqliyyat vasitələri gələrkən təbii ki, xətlərə yenidən baxılacaq. Ehtiyac zərurət olarsa həmin istiqamətdə tədbirlər görüləcək.

İstənilən halda müraciətlərə baxılır, daşıyıcılarla əlaqə saxlanılır və sərnişinlərin müraciəti diqqətə alınıb və bir daha intervala əməl olunması ilə bağlı tapşırıq veriləcək”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə