TAP-ın prezidenti: "Azərbaycan təbii qazı 2020-ci ilin əvvəlində İtaliyaya çatdırılacaq"
Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ilin əvvəlində İtaliyaya çatdırılacaq. AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə TAP-ın prezidenti Walter Peeraer deyib. “Yerli etirazlara baxmayaraq 4,5 milyard avro (5,3 milyard dollar) dəyəri olan TAP boru kəməri Azərbaycan İtaliyaya ilk qazı 2020-ci ilin əvvəlində nəql edəcək. Biz 2020-ci ilin birinci rübündə Avropaya qaz tədarükünə hazırlaşırıq”,- deyə TAP-ın prezidenti bildirib.
Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 60,5 faizi çoxu icra edilib. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB