“ARDNŞ-da iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi” sənədinin layihəsi müzakirə ediləcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ GmbH) ilə birlikdə "ARDNŞ-da iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi" sənədinin layihəsi hazırlayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, strategiyanın əsas məqsədi ARDNŞ-nin müəssisələri, əməliyyat şirkətləri və birgə müəssisələrində enerji səmərəliliyinin artırılması, enerjiyə qənaət və atmosferə atılan istilik effekti yaradan qazların azaldılması tədbirlərinin həyata keçirilməsi yolları araşdırılıb.
Oktyabrın 20-də Ekologiya İdarəsində Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun, ARDNŞ-nin, "Azəriqaz", "Azneft", "Azərikimya" İstehslat Birliklərinin, emal zavodlarının, əməliyyat şirkətlərinin və birgə müəssisələrinin mütəxəssislərinin iştirakı "ARDNŞ-də iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi" layihə sənədinin müzakirəsinin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB