Cari ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mənfəət neftinin və qazın satışından 5,2 milyard dollar əldə edib. Bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edilib ki, 2017-ci ilin yanvar-oktyabr aylarında mənfəət neftinin və qazın satışından Dövlət Neft Fonduna 9 milyard 19,3 milyon manat və ya 5 milyard 227 milyon ABŞ dolları daxil olub.
Xatırladaq ki, 2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-in büdcəsinə 8 milyard 320 milyon manat və ya 5 milyard 189,1 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Keçən ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3 faizi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından əldə edilib. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ dolları, “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon dollar və digər yataqlar üzrə isə 24,9 milyon dollar həcmində vəsait daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB