“Azərikimya”nın sutəmizləyici qurğularında aparılan əsalı təmir və təkmilləşdirmə işləri artıq səmərəsini verməkdədir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin sutəmizləyici qurğularında aparılan əsalı təmir və təkmilləşdirmə işləri artıq səmərəsini verməkdədir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sumqayıt şəhərinin sənaye və məişət axıntı sularının qəbulu üçün nəzərdə tutulan və uzun müddət istifadəsiz qalan, hər birinin həcmi 880 kubmetr olan 8 ədəd suçökdürücüdə təmir və təmizlik işləri aparıldıqdan sonra onların fəaliyyəti "Etilen-polietilen" zavodunun texnoloji qurğularında istifadə olunan dövrü suların təmizlənməsinə yönəldilib. Hazırda "Etilen-polietilen" zavodunun dövrü su sisteminə texniki su təmizləyici qurğularda mexaniki çöküntülərdən ayrıldıqdan sonra verilir. Bununla da EP-300 istehsalatında istifadə olunan texniki Ceyranbatan suyunun dövrü sistemə yalnız tam təmizləndikdən sonra verilməsinə nail olunub. Təmizləyici kompleks hazırda istehsalat qurğularında texnoloji proseslərdə istifadə olunan texniki suyun təmizliyini təmin edir, texnoloji qurğu və xətlərdə çöküntülərin azaldılmasına, prosesin daha ahəngdar aparılmasına əhəmiyyətli təsir göstərir. Eyni zamanda saatda 300-400 kubmetr texniki suyun mexaniki qarışıqlardan təmizlənərək dövrü su sisteminə qaytarılması imkanı yaradılıb.
"Azərikimya"nın müəssisələrindən Təmizləyici qurğular sexinə daxil olan sənaye və məişət axıntı sularının təmizlənməsi üçün nəzərdə tutulan, hər birinin həcmi 432 kubmetr olan polimer tutucularında həyata keçirilən təmir-bərpa və təmizləmə işləri nəticəsində daxil olan axıntı sularında mexaniki qarışıqların, polimer və asılı maddələrin tam çökdürülməsi təmin edilib. Alınan şlam nasoslar vasitəsi ilə mütəmadi olaraq bunun üçün ayrılmış xüsusi meydançaya nəql edilir. Mexaniki qarışıqlardan təmizlənmiş su hər birinin həcmi 6 min kubmetr olan 4 ədəd bioloji təmizləmə sahəsinə verilərək, burada təmizləndikdən sonra suçökdürücülərə ötürülür. Suçökdürücülərin dibinə yığılan mikroorqanizimlər nasoslar vasitəsi ilə yenidən geri qaytarılır və bioloji təmizləmə prosesi fasiləsiz olaraq davam etdirilir. Təmizləyici qurğuların müxtəlif toz-torpaq və kənar tullantılarla çirklənməsinin qarşısını almaq məqsədi ilə onların ətrafının abadlaşdırılması və yaşıllaşdırılması da öz müsbət təsirini göstərməkdədir.
Cari ilin avqustunda "Etilen-Polietilen" zavodunda həyata keçirilən əsaslı təmir zamanı xüsusi texnika cəlb etməklə EP-300 istehsal sahəsindəki kanalizasiya sisteminin təmizlənməsi nəticəsində burada formalaşan axıntı sularının tam həcmdə Təmizləyici qurğular sexinə verilməsi təmin edilib, axıntı sularının birbaşa dənizə axıdılması ehtimalı aradan qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB