Azərbaycandan Rusiyaya 20 ton tütün məhsulunun keçirilməsinin qarşısı alınıb
Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq-Qazmalar" gömrük buraxılış məntəqəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri Azərbaycandan aparılan 20 ton qıcqırdılmış tütün məhsulunu saxlayıblar.
Daşınan tütünün sənədləri saxta olub, ona görə də, yük Rusiya ərazisinə buraxılmayıb.
Məhsul sahibinə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi üzrə (Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması) inzibati protokol tərtib olunub.
Bildirilir ki, ilin əvvəlindən Dağıstan müfəttişləri Azərbaycandan 70 tondan çox xiyar, pomidor, nar və digər məhsulların Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB