Pambıq tədarükü 170 min tonu ötüb

Ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 2069,92 ton pambıq təhvil verilib.

Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Belə ki, rayon pambıqçıları ötən gün 313,08 ton pambıq təhvil veriblər.

Məlumatda qeyd olunur ki, ölkə üzrə bu günə qədər 170 min 636,65 ton pambıq tədarük edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə