Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb. SİA-nın verdiyi məlumata görə, oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 32 konteynerdən ibarətdir.
Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata çatıb. Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.
Qeyd edək ki, BTQ dəmiryolunun təntənəli açılış mərasimi oktyabrın 30-da Bakıda keçirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB