FED qərar qəbul edib

ABŞ Mərkəzi Bankı FED bugünkü iclasında uçot dərəcəsini dəyişməyərək 1.00 - 1.25 faiz aralığında saxlayıb. FED-in faizi qaldırmayacağını gözləyirdilər. FED bu qərarı yekdilliklə qəbul edib.

FED faiz qərarından sonra verdiyi açıqlamada iqtisadi fəaliyyətin qasırğalara baxmayaraq "sağlam bir sürətdə" davam etdiyini qeyd edib. FED qasırğaların yəqin ki, iqtisadiyyatın orta müddətli dəyişməyəcəyini bildirib.

FED əmək bazarının güclənməkdə davam etdiyini, işsizlik nisbətinin düşdüyünü qeyd edib, xərclərin mülayim bir sürətdə artdığını və investisiyaların yuxarı istiqamətdə hərəkət etdiyini ifadə edib.

İnflyasiya göstəricilərinin aşağı olduğunu təkrarlayan FED inflyasiyanın orta müddətdə 2 faiz ətrafında sabitləşəcəyini gözlədiyini bir daha vurğulayıb.

FED iqtisadiyyatın mərhələli faiz artırılmasını təmin edəcək bir istiqamətdə dönməsini gözlədiyini bildirib.

FED-in iqtisadiyyatın "sağlam bir sürətlə" genişlənməkdə olduğunu qeyd etməsi və əvvəlki "mülayim" böyümə ifadəsini yaxşılaşdırması dekabrda faizin artırılacağına açıq bir işarə kimi qiymətləndirilib. FED-in inkişafı qiymətləndirməsini bu şəkildə yüksəltməsi ("mülayim" ifadəsindən "sağlam bir sürətlə" ifadəsinə), açıq deməsə də, FED-in dekabr ayında faiz artırmağa hazırlaşdığına işarə edir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə