Amerikalı ekspert: BTQ-nin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır. Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
"BTQ layihəsi çərçivəsində Azərbaycan tərəfindən aparılan işlər təsirlidir və dövlət siyasətinin bu cür dinamik tətbiqi digər ölkələr və regionlar üçün nümunə olmalıdır. Azərbaycanlı alim və mühəndislərin nəqliyyat infrastrukturu sahəsindəki təcrübə və peşəkarlığı MERKOSUR ölkələri (Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela) üçün qiymətli mənbə olacaq".
Teys qeyd edib ki, Azərbaycanda işsizlik səviyyəsi aşağıdır, iqtisadiyyatı sürətlə inkişaf edir və BTQ kimi regional nəqliyyat layihələri ilə logistik mərkəzə çevrilir: "BTQ layihəsinin reallaşdırılması böyük uğurdur. İştirakçı ölkələr (Azərbaycan, Gürcüstan, Türkiyə) bu layihə sayəsində regional ticarətdən mənfəət götürəcəklər, turizm axını artacaq, davamlı inkişaf və çoxmədəniyyətli dialoqa nail olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB