Azərbaycanın İranın Astara şəhərində Xüsusi İqtisadi Zona yaratmaq təşəbbüsü rəsmi Tehran tərəfindən dəstəklənir. Bu sözləri İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian deyib. O bildirib ki, İran Azərbaycanın Astarada Xüsusi İqtisadi Zona yaradaraq bu zonaya investisiya yatırmasına hərtərəfli köməklik göstərəcək.
Nazirin sözlərinə görə belə zonanın yaradılması tərəflər üçün olduqca faydalıdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu cür zonalarda vergi dərəcələrinin aşağı olması yatırılan sərmayənin tez bir zamanda gəlir gətirməsinə şərait yaradır. Azərbaycanın bu təşəbbüsü hər iki ölkənin sərhədyanı regionlarının inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB