"Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, bu yol Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq layihələrdən biri olmaqla böyük tarixi və strateji əhəmiyyət daşıyır: “Bu dəmiryolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Asiya və Avropanı birləşdirəcək, ticarət və kommunikasiyanı genişləndirəcək, dünya ticarətinə yeni nəfəs verəcək.
Layihənin işə düşməsi ilə Azərbaycan şəbəkə ölkə halına gəlir və yeni infrastruktur yaranır. Bundan sonra dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq və bütün ölkə vətəndaşlarının rifah halını daha da yaxşılaşdıracaq. Həyata keçirilən bütün layihələr xalqımızın təkcə indiki deyil, gələcək nəsillərinin də həyatının təmin edilməsinə yönəlib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB