Milli Şura xarici dairələrin tapşırıqlarını yerinə yetirən bir təşkilatdır AÇIQLAMA
“Milli Şuranın mitinq keçirmək arzusunun reallaşması Azərbaycanda olan demokratik mühütlə bağlıdır”. Bu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, belə bir mitinqin keçirilməsinə ehtiyac yoxdur: “Çünki, Milli Şura cəmiyyətdə heç bir sosial dayağı olmayan və müəyyən tapşırıqlar yerinə yetirən bir təşkilatdır. Sabaha planlaşdırılan mitinq də müəyyən tapşırıqların icrasına hesablanıb. Yəni, ölkəmizdəki sabit mühütü pozmaq istəyən müəyyən xarici dairələr var ki, onlar özlərini radikal müxalifət adlandıranları maliyyələşdirir və müəyyən tapşırıqlar verirlər. Buna görə də Milli Şura adlandırılan qurum pul qarşılığında həmin sifarişləri icra edir. Bu gün Azərbaycan vətəndaşı ölkədəki sabitliyini və inkişafını qoruyub saxlamaq istəyir və heç vaxt məkirli siyasət yürüdənlərin arxasınca getməyəcək. Ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək” .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB