Avropa Mərkəzi Bankının son yığıncağı və eləcə də İspaniyada baş verənlər avronun məzənnəsinin dollara nisbətən yenidən ucuzlaşmasına gətirib çıxartdı. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, gün ərzində qlobal birjalarda avronun dollara nisbətən kursu 1.1813-dən 1.626-dək azalıb: "Avropa pulunun birjalarda ucuzlaşması manatın avroya nisbətən möhkəmlənməsinə səbəb olub. Belə ki, Mərkəzi Bank manat avroya kursunu dünənə nisbətən bu gün 2.0107-dən 1.9782-dək möhkəmləndirib.
Bu isə 1 manatın hər avroda 3 qəpiyə yaxın güclənməsi deməkdir. Avropa Mərkəzi Bankı isə gələn ilin yanvarından etibarən hər ay 30 milyard avroluq dövlət bondları almaq niyyətindədir ki, bu da avro emissiyasını artıracaq. Praktik olaraq, qlobal bazar arvozonada yeni pul emissiyalarına ilkin reaksiyasını nümayiş etdirdi. İspaniyanın ərazi bütövlüyü məsələsinin öz həllini tapmaması fonunda isə avronu daha ucuzlaşacağı istisna deyil. Deməli, avronun gələcəyi yenə də birbaşa avropalıların özündən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB