Bu gün metrodakı sıxlığın səbəbi

Bu gün səhər saatlarından “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün səhər saat 6-dan depodan gələn qatarların qəbulunda gecikmə olub, buna görə bir sıra problemlər yaşanıb. Buna görə səhər saatlarında qatarların sayı az olub. Amma problem tezliklə aradan qaldırılıb. Hazırda qatarlar arasında interval normaldır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə