Bu il Azərbaycan neftinin orta ixrac qiyməti 1 barel üçün $55 civarında gözlənilir AÇIQLAMA

Bu il Azərbaycan neftinin orta ixrac qiyməti 1 barel üçün $55 civarında gözlənilir AÇIQLAMA

Azərbaycanda 2010-cu ildə 50.8 mln ton göstərici ilə neftin ən pik səviyyəsi əldə edilib. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, həmçinin 2011-ci ildə neft satışından əldə etdiyi mənfəət (SOCAR kənar) $19.5 mlrd olub ki, bu da yüksək göstəricidir: "Düz bir il əvvəl proqnoz edilirdi ki, 2017-ci ildə ölkədə 40 mln ton neft hasil olunacaq. Ancaq yeni proqnoza görə, 38.3 mln ton olmalıdır. Yəni 2016-cı illə müqayisədə neft hasilatı 2.7 mln ton azalmalıdır. 2018-də isə hasilat daha 0.8 mln ton azalaraq 37.5 mln ton təşkil etməlidir. Hazırda Azərbaycan ixracının 72%-i xam neftin payına düşür. Bu il ARDNF-nin neft satışından gəlirləri $6 mlrd-dan bir qədər çox proqnoz edilir. Gələn il bu göstəricinin saxlanması üçün neftin orta ixrac qiymətlərinin bu illə müqayisədə ən azı $5 baha olması vacibdir. Bu il Azərbaycan neftinin orta ixrac qiyməti 1 barel üçün $55 civarında gözlənilir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə