Taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarəti tədbirləri davam etdirlir

Taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarəti tədbirləri davam etdirlir

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarəti tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu məqsədlə iri taxılçılıq subyektlərinin anbarlarında olan ərzaq buğdasından və undan mütəmadi olaraq nümunələr götürülür, Dövlət Xidmətinin taxıl və yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə sınaq laboratoriyasında qiymətləndirilir.

İri taxılçılıq subyektləri tərəfindən idxal olunmuş ərzaq buğdasından və həmin buğdadan istehsal edilmiş undan sentyabr ayında götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində anbarlarda olan buğdaların keyfiyyət göstəricilərinin 3-cü sinif buğda üçün müəyyən edilən göstəricilərə uyğun olduğu, habelə xəstəliklərlə və zərərvericilərlə yoluxma hallarının olmadığı müəyyənləşdirilib.

Laborator müayinələr nəticəsində, həmçinin, bu subyektlərin anbarlarında olan unun keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə