Dolların və avronun bahalaşmasına hansı amillər təsir edir? AÇIQLAMA
Bir ay öncə, dollara nisbətdə 1.20-dək bahalaşan avro ötən müddətdə müəyyən qədər ucuzlaşdı. Bu sözləri SİA–ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yenidən oktyabr 11-də 1.186-dək bahalaşan avro dollara nisbətən yenə də cüzi dəyər itirməkdədir: Bu ayın sonunda Avropa Mərkəzi Bankının yığıncağı avro prespektiv məzənnəsinin müəyyənləşdirilməsində həlledici olsa da İspaniyada baş verənlər bu dönərli valyutanın dəyərinə təsir göstərməkdədir. Avrozonanın ən böyük dördlüyündəki ərazi bütövlüyü problemi Avropanın valyuta bazarına təsirsiz ötüşmür. Bütövlükdə isə, növbəti günlərdə avronun məzənnəsi İspaniyada mərkəzi hökümət ilə separatçıları arasında razılıq əldə edilib-edilməməsindən asılı olacaq. Potensial razılıq avronun dollara nisbətən 1.18-1.20 ətrafında stabilləşməsinə, qarşıdurmanın davam etməsi isə məzənnənin yenidən 1.16-dək azalmasına gətirib çıxara bilər”.

Vüqar Bayramov qeyd edib ki, gözlənildiyi kimi, sentyabr ayında dollara tələb yüksək olmadı: “Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu. Dollara tələbin azalması əslində gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satıbdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib. Bununla belə, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir. Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır. O baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB