Hövsanda meyvə nektarı istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Hövsan qəsəbəsində dörd adda meyvə nektarı istehsalı ilə məşğul olan müəssisədə araşdırma aparıblar.
Komitədən SİA-ya verilən məlumata görə ki, Mahal Yusifova məxsus müəssisədə yoxlama zamanı müəyyən olunub ki, istehsal olunan məhsullar normativ və texnoloji sənədlərlə təmin olunmayıb. Məhsulların istehsalı üçün zəruri sayılan uyğunluq sertifikatı mövcud deyildir. Məhsul istehsalında texnoloji qaydalar pozulub. Belə ki, istehsal olunan məhsullar sterilizə olunmur.
Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilmiş, müəssisə rəhbərliyinə iradnamə və tələbnamə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB