NIKOIL | Bank və Bank VTB (Azərbaycan) tərəfdaşlıq müqaviləsi bağlayıb
Bank VTB (Azərbaycan) NIKOIL | Bankla bankomat şəbəkəsinin birgə istifadəsinə dair tərəfdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, VTB (Azərbaycan) kart sahibləri NIKOIL | Bankın bankomatlarından əlavə komissiyasız nağd vəsait çıxara bilər.
Bundan başqa, VTB (Azərbaycan) müştəriləri NIKOIL | Bankın bankomatlarının təklif etdiyi digər xidmətlərdən, o cümlədən “Cash by Code” xidmətindən istifadə edərək vəsaitin köçürülməsi, “Card to Card”, 3D Secure parolunun alınması, eləcə də kart üzrə əməliyyatlar barədə SMS-xəbərdarlıq xidmətlərindən istifadə edə bilər.
Beləliklə, bankın kart sahiblərinə əlavə komissiyasız nağd vəsaiti çıxarmağa imkan verən VTB (Azərbaycan)-ın güzəştli bankomat şəbəkəsi indi VTB, Poçta Bank (Rusiya), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), eləcə də yerli AccessBank, PASHA Bank və NIKOIL | Bank ilə təmsil olunur.
NIKOIL | Bank ilə tərəfdaşlıq VTB (Azərbaycan) müştərilərinin xidmət şəbəkəsini genişləndirməyə imkan verəcək və müştərilərə bankomatlardan istifadə etmək üçün daha rahat şərait yaradacaq.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB