“Sahibkarlığın inkişafı Azərbaycanda dövlət siyasətidir. Qeyri-neft sektorunun inkişafinda əsas təşəbbüskarlar da sahibkarlardır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, dövlətin dəstəyi də əsasən bu təşəbbüslərin dəstəklənməsinə, sahibkarlığın inkişafına və uğurlu olmasına yönəlib: “Dövlət başçısının regionlara səfəri və sahibkarlarla şəxsən görüşməsi bir tərəfdən sahibkarlar üçün böyük bir mənəvi dəstək və daim onların yanında olmasını bildirmək, digər tərəfdən isə həmin yerlərdəki şəraitlə şəxsən tanış olmaq, sahibkarlar qarşısındakı çağırışları birbaşa dinləmək və daha sonra ona uyğun müvafiq göstərişlər verməkdir.
Ən çətin zamanlarda belə ölkənin iqtisadi inkişaf tempinin yüksəlməsi belə görüşlərin və səfərlərin effektivliyi ilə izah olunmalıdır”.
Tahir Mirkişili qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı aqrar-sənaye kompleksinin böyük həcmdə inkişafına artıq zəmin yaratmaqdadır. İlk öncə ərzaq təhlükəsizliyi məsələlərini həll edən aqrar sektorun qarşısında hazırda mövcud potensialı kommersiyalaşdırmaq kimi mühüm bir vəzifə durur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB