Cari ilin avqust ayında 521,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. "Azərenerji" ASC-nin Mətbuat xidmətin SİA-ya verilən məlumata görə, ümumi ödəniş 94 faizdən artıq olub.
Bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 8,7 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 168,8 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ödən ilin eyni dövrü ilə müqayisədə mütləq 10,1 faiz artaraq 91 faizə yaxın olaraq qeydə alınıb. Cari ilin avqust ayında ümumi ödənişdə 16 müəssisə üzrə 100 faiz və ondan yuxarı nəticə qeydə alınıb. Sözügedən dövrdə ümumi ödənişdə ən yüksək göstərici "Füzuli" PEŞ-də ən aşağı isə "Sabirabad" PEŞ-də (70,8%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 14 müəssisə üzrə 100 faiz və ondan yuxarı nəticə qeydə alınıb. 15 müəssisədə isə 95 faizdən yuxarı nəticə müşahidə olunub. Bu istehlakçı qrupu üzrə ən yüksək göstərici "Şirvan" ŞEŞ-də ən aşağı göstərici isə "Quba" PEŞ-də (62,9%) qeydə alınıb. Qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə ümumilikdə 4 milyard 251,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 87 faizə yaxın olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz mütləq artım deməkdir. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 1 milyard 567,1 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz mütləq artaraq 78 faizdən çox olub.
Onu da qeyd edək ki, cari ilin 8 aylıq yekununda ümumi ödənişə görə ən yüksək göstərici "Sumqayıt" ŞEŞ-də, ən aşağı isə "Sabirabad" PEŞ-də müşahidə olunub. Belə ki, bu müəssisələrdə ümumi ödəniş müvafiq olaraq 134,9 və 51,7 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici "Şirvan" ŞEŞ-də ən aşağı isə "Zərdab" PEŞ-də (41,2%) qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB