“Neft sabahı yüksəlişlə açıb. Bu gün Bakı vaxtı ilə saat 18.30-da açılması gözlənilən ABŞ Enerji Administrasiyasının ölkədəki neft və neft məhsulları ehtiyatları ilə bağlı həftəlik hesabatın proqnozları ona dəlalət edir ki, "qara qızıl" anbarda az da olsa, azalmağa meyl edəcək. O səbəbdən də bazar iştirakçıları birjalarda neft qiymətlərinin artımına gediş edirlər. Hazırda Brent - $58.68 təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.
Onun sözlərinə görə, neftin qiyməti 4% artaraq, 2015-ci ilin 13 iyulundan sonra ilk dəfə 59 dollar həddini aşıb: "Neftin bahalaşmasına üç amil təsir edib. Bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Kürdüstan Regional Rəhbərliyində (İKRR) baş tutan referendumla əlaqədar bu bölgənin neftinin Türkiyədən ixracının dayandırılacağını bəyan etməsi, eləcə də, ABŞ-da şist neft quyularının sayının azalmağa başlaması və Beynəlxalq Enerji Agentliyinin (IEA) dünyada neft ehtiyatlarının azaldığı ilə bağlı bəyanat yaymasıdır: “1976-cı ildə tikilən Kərkük-Ceyhan neft kəməri İraq neftinin Avropa bazarına çıxarılmasında ən uğurlu layihə idi. Terminallarında 1 milyon ton neft saxlamaq imkanı var. İraq Kürd Regional Hökumətinin keçirdiyi referendumdan sonra Ərdoğanın "Kürdüstan" bölgəsindən Ceyhan limanına gələn neft-boru kəmərini bağlayacaqlarını deməsi bazara təsir edib. Artıq neftin qiyməti süni deyil, tələb-təklif əsasında bahalaşır. Neftin qiymətinin davamlı olaraq eyni qalmır və qiyməti hər saat dəyişir. Birjalardakı qiymətlərə baxsaq, görərik ki, qrafiklərdə neftin qiyməti günlük, hətta 30 dəqiqədən birdə dəyişə bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB