Özbəkistan hökuməti 2017-ci və 2021-ci illər arasında neft və qaz sahəsində 78 layihəyə 30,4 milyard dollar investisiya yatırmağı planlaşdırır. “Uzbekneftegaz” şirkəti xəbər verir ki, ölkə bu sahədəki istehsalın ciddi artımına nail olmaq məqsədi güdür. Özbəkistan bu ilin sonuna qədər təbii qaz istehsalını 56,5 milyard kubmetrə çatdırmağı hədəfləyir. Belə ki, ötən il ölkədə 55 milyard kubmetr qaz hasil olunub və bu ilin sonunadək hasilat 1,5 milyard kubmetr artacaq.
Özbəkistan daxili bazarda hasil edilən qazın böyük hissəsini istehlak edir. İkitərəfli sazişlər çərçivəsində Çinə illik 6 milyard kubmetr, Rusiyaya isə 10 milyard kubmetr təbii qaz ixrac olunur.
Ölkədə 1,1 trilyon kubmetr təbii qaz ehtiyatı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB