Samir Şərifov: "Neftin qiymətinin yüksək olması bizim iqtisadi göstəricilərimizə mənfi təsir göstərər" - AÇIQLAMA

"Bakın Fondu Birjası qiymətli kağızlarımızın yerləşdirilməsi üçün mühüm meydandır". SİA-nın məlumatına görə, bunu maaliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanda Qiymətli Kağızlar bazarının yaradılması ilə əlaqədar olaraq belə bir fondun yaranmasına ehtiyac var idi. Məhz buna görə də, 10 il qabaq Azərbaycanda Bakı Fond Birjası yaradıldı. Bu gün isə Azərbaycanda mütəşəkkil qiymətli kağızlar bazarının formalaşması üçün münbit şərait yaradılır. Bu fondun yaranıb bu cür inkişaf etməsi Azərbaycan iqtisadiyyatının inkişafının göstəricisidir. Maaliyyə Nazirliyi də birjanın faəliyyətindən faydalanır. Ona görə də biz bu birjanın fəaliyyətindən çox razıyıq və hesab edirik ki, bizim qiymətli kağızlarımızın yerləşdirilməsi üçün bu birja mühüm meydandır", - deyə maliyyə naziri bildirib.

Neftin qiyməti mövzusunda fikirlərini bildirən nazir qiymətlərə mühafizəkar yanaşıldığını bildirib: "Maliyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin birgə proqnozuna görə, 1 barel neftin qiyməti 60 dollar müəyyənləşdirilib. Amma çox güman ki, bundan artıq olacaq. Biz neftin qiymətinə daha mühafizəkar yanaşırıq. Çünki hesab edirik ki, bu bizə daha çox imkanlar yaradır. Neftin qiymətinin yüksək olması bizim iqtisadi göstəricilərimizə və bir sıra digər parametrlərimizə mənfi təsir göstərəcəkdir. Ona görə də çalışırıq ki, 60 dollar olsun çünki bu rəqəm dünya bazarlarındakı qiymətləri də əks etdirir".

Nazir qeyd edib ki, sosial rifahın yaxşılaşdırılması istiqamətində Azərbaycanda mühüm işlər görülür: "Bildiyimiz kimi, respublika prezidenti tərəfindən bir neçə sərəncam imzalanıb. Bu sərəncamlar Azərbaycan Respublikasının dövlət büdcəsindən maaliyyəşən və dövlət büdcəsindən maaliyyə yardımı alan təşkilatlarda çalışan işçilərin əmək haqqlarının artırılmasına yönəldilib. Orta hesabla 10 faiz artımdan söhbət gedir. Qeyd etmək istəyirəm ki, bu sosial baxımdan çox böyük addımdır. Artıq dövlət başçısısının sərəncamına əsasən pensiyalar 75 manatdan 85 manata qədər artırılıb və əmək haqqlarının 85 manatdan aşağı olmamasına qərara verilib. Bu tədbirlərin maaliyələşdirilməsinə dövlət büdcəsindən 112 milyon manat pul ayrılıb. Təkcə əmək haqqlarının artırılması 600 min Azərbaycan əhalisinin maddi rifahını yaxşılaşdıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə