Bank faizləri endirdi

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,5 faiz azaldaraq, 8,5 faizə endirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaltmasına səbəb kimi inflyasiyanın 4 faizə yaxınlaşması, iqtisadiyyatın artmasını göstərib.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankının növbəti toplantısı oktyabrın 27-i keçiriləcək. İclasda uçot dərəcəsinə yenidən baxılması gözlənilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə