Neftlə çirklənən ərazilərdə monitorinq aparılır

Azərbaycan respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan Milli Elmalər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu arasında razılaşmaya uyğun olaraq Abşeron yarımadasının neft və neft məhsulları ilə çirklənən sahələrində radiasiya fonunun ölçülməsi və torpaq onurğasızlarının növ tərkibinin və sayının öyrənilməsi istiqamətində birgə elmi tədqiqat işləri davam etdirilir.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədqiqat işlərinin davamı olaraq bu günlərdə Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin ekspedisiyası və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları "Suraxanı OİL Company" əməliyyat şirkətinin ərazisində şirkətin mütəxəssisinin iştirakı ilə neftlə çirklənən ərazilərdə radiasiya fonunu ölçüb və torpaq nümunələri götürüblər. Götürülənneftlə çirklənən torpaq nümunələrində onurğasızların sayı və növ tərkibi laboratoriya şəraitində öyrəniləcək. Tədqiqat işlərinin nəticələrinə əsasən neftlə çirklənən ərazilərdə torpaqların bioloji rekultivasiyası üçün müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

Ekoloji tədqiqat işləri digər müəssisələrin ərazilərində də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə