Əfqanıstandan Azərbaycana maraqlı təklif

Əfqanıstandan Azərbaycana maraqlı təklif

Əfqanıstan Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxmaq niyyətindədir.

SİA-nın məlumatına görə, bunu Əfqanıstanın Ticarət-Sənaye Palatasının nümayəndəsi Siyam Psarlai deyib.

Onun sözlərinə görə, son iki il ərzində Əfqanıstanla Azərbaycan arasında ticarət münasibətləri daha da yaxşılaşıb.

Əfqanıstanın Ticarət-Sənaye Palatası ölkə hökumətinə bu cür imkanlardan istifadə edərək Azərbaycan vasitəsilə Avropaya məhsul tədarükünü artırmağı təklif edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə