Natiq Əliyev: "Energetika sahəsində İranla birgə görüləcək işlər Azərbaycan üçün çox dəyərli və maraqlı olacaq" - AÇIQLAMA
Bu gün Sənaye və Energetika Nazirliyində İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə sənaye və energetika naziri Natiq Əliyev arasında ikitərəfli görüş keçirilib.
SİA-nın məlumatına görə, iki saatdan çox çəkən görüşdə bir sıra iqtisadi əlaqələrin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Tədbirin açan sənaye və energetika naziri N.Əliyev iranlı həmkarına ziyarət üçün dərin təşəkkürünü bildirib. Bu kimi görüşlərin hər iki dost, qardaş ölkə üçün vacibliyini vurğulayan nazir energetika sahəsində İranla birgə görüləcək işlərin Azərbaycan üçün çox dəyərli və maraqlı olacağını qeyd edib.
Nazir onu da qeyd edib ki, enerji sahəsində İran şirkətlərinin Azərbaycan şirkətləri ilə birgə layihələr ətrafinda çalışması iki dövlətin mənafeyinə xidmət edəcək.
Daha sonra Əli Ağaməhəmmədi söz alaraq Azərbaycanla İranın tarixən sıx qardaşlıq əlqələrinin olduğunu və bu əlaqələrin iqtisadi imkanları daha da gücləndirdiyini vurğulayıb. Qonaq bir çox layihələrin olduğunu və bunların əsasən özəl sektorun fəaliyyət dairəsində daha da məqsədəuyğun olduğu barədə danışıb. İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini bu layihələrin hər iki dövlətə yararlı olacağını xüsusi vurğulayıb.
Əli Ağaməhəmmədi iranlı iş adamlarının Azərbaycanda fəaliyyətindən bəhs edib. O, Iranın "Fərasət" şirkətinin rolunu xüsusi qeyd edib.
Daha sonra "Alternativ və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyi"nin rəhbəri Akim Bədəlov rəhbərlik etdiyi agentlik haqqında iranlı qonaqları bilgiləndirib və İranda fəaliyyət göstərən bu kimi şirkətlərlə və ya qurumlarla birgə çalışmaq istədiklərini bildirib. Bunun müqabilində "Fərasət" birliyinin sədri gördükləri işlər haqqında tədbir iştirakçılarını tanış edib. O qeyd edib ki, Azərbaycanda su elektrik stansiyalarının qurulmasında İran şirkətlərinin rolu böyükdür. Birgə fəaliyyət nəticəsində Şirvan elektrik stansiyası və Lənkəranda su elektrik stansiyasının tikilişi bu kimi layihələrə nümunədir.
Daha sonra Natiq Əliyev İqtisadi İnkişaf Nazriliyi ilə birgə görüşlərdən sonra bu məsələlər barəsində müvafiq qərarlar qəbul etməyin məqsədəuyğunluğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB