Avqust ayı hansı neft məhsulları ixrac edilib?

Avqust ayı hansı neft məhsulları ixrac edilib?

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin avqust ayında 15 min 332 ton dizel yanacağı, 118 ton soba mazutu, 2 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 811 ton mütləqləşdirilib, izopropil spirti, 9 min 595 ton maye piroliz qətranı, 3 min 990 ton propilen və 4 min 639 ton butilen butadien fraksiyası ixrac edibdir. SOCAR- dan SİA –ya verilən məlumata görə, ümumilikdə, 2017-ci ilin yanvar-avqust ayları ərzində 363 min 512 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 min 244 ton yüksək təzyiqli polietilen, 8 min 217 ton mütləqləşdirilmiş izopropil spirti, 46 min 873 ton maye piroliz qətranı, 28 min 653 ton propilen və 21 min 17 ton butilen butadien fraksiyası ixrac edilibdir.

2017-ci ilin avqust ayında dünya bazarında etilləşdirilən benzinin qiyməti (1 ton üçün) - 548,55 ABŞ dolları, təyyarə yanacağının - 505,99 dollar, dizel yanacağının - 460,64 dollar, 1 faizli kükürdlü mazutun - 296,72 dollar, yüksək təzyiqli polietilenin - 1190 dollar, butilen butadien fraksiyasının - 557,73 dollar, maye piroliz qətranının - 548,55 dollar, propilenin qiyməti - 790 avro, mütləqləşdirilib izopropil spirtinin qiyməti - 1390 avro təşkil edibdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə