Benzin bahalaşıb

Azərbaycanda "Aİ-98 super" markalı benzin bahalaşıb. SİA xəbər verir ki, "Super" markalı benzin hazırda 1,30 manata satılır. Artımadək bu markadan olan benzinin qiyməti 1,20 manat idi.

"Super" markalı benzin yalnız "SOCAR Petroleum" QSC-nin yanacaqdoldurma məntəqələrində satılır.

Qeyd edək ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. "Super" markalı benzin Azərbaycana idxal olunur və yalnız SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılır. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə