Gözlər Yellenin çıxışında

Qlobal bazarlarda nəfəslər, Fed sədri Yelen və ECB sədri Draghi-nin "Jackson Hole" iclasında edəcəyi çıxışları üçün tutulub.

İqtisadçılar, ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellenin və Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draghinin "Jackson Hole"dakı çıxışlarında yeni məlumatlar verəcəklərini gözləmir.

Kanzas Siti Fedin ev sahibliyilə 1978-ci ildən bu yana Vayominq ştatının Cekson Hol (Jackson Hole) qəsəbəsində keçirilən və "Mərkəzi bankirlərin Davosu" kimi qəbul edilən İqtisadi Siyasətlər Simpoziumu, bu il 24-26 avqustu əhatə edir.

Hər il yayın sonunda dünyanın ən mühüm bankirlərini və maliyyə oyunçularını bir araya gətirən simpoziumun builki mövzusu "Dinamik Qlobal İqtisadiyyat Yaratmaq" kimi müəyyənləşdirilib.

Dünya miqyasında 40-dan artıq mərkəzi bankın nümayəndələri ilə yanaşı, maliyyə nazirləri, akademiklər və maliyyə sektorunun mühüm aktyorlarının iştirak edəcəyi simpoziumda, dünya iqtisadiyyatının qarşı-qarşıya olduğu mühüm problemlər və bunların necə həll ediləcəyi müzakirə ediləcək.

Tədbirin bazarlar baxımından "kilid" nöqtəsi isə Fed sədri Janet Yellen və ECB sədri Mario Draghi-nin bu gün edəcəkləri çıxışlar olacaq.

İqtisadçıların son 1,5 aydır ki, səssizliyini qoruyan Yellenin Fedin pul siyasətinə dair yeni məlumatlar verəcəyinə dair gözləntiləri aşağıdır. Bundan əvvəlki iki Jackson Hole simpoziumunda akademik məzmunlu çıxışlar edən Yellenin eyni davranışı davam etdirəcəyi nəzərdə tutulur.

Bazarlar Yellenin çıxışında, aşağı inflyasiya, balansın azaldılması və faiz artırılmasının necə aparılacağına dair ipucu tapmağa çalışacaq.

Jackson Hole ərzində Yellendən daha çox diqqəti çəkən şəxs ECB sədri Mario Draghi ola bilər. Qlobal investorlar, Draghidən ECB-inin qiymətli kağız alışları proqramını nə vaxt və necə başa vuracağına dair məlumatları gözləyir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə