Depozit hərracına 100 mln. manat cəlb ediləcək

Depozit hərracına 100 mln. manat cəlb ediləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən SİA - ya verilən xəbərə görə, avqustun 28-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə