Funt sterlinq avroya nisbətdə son 8 ilin ən aşağı səviyyəsində
İngilis funt sterlinqi avroya nisbətdə son 8 ilin ən aşağı səviyyəsinə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından (AB) çıxış prosesi ilə əlaqədar funt sterlinq 1.08 avroya düşüb.
Britaniya pul vahidi 2009-cu ilin oktyabr ayından etibarən avroya nisbətdə bu qədər ucuzlaşmadı.
Analitiklər hesab edirlər ki, "Brexit" prosesinin iş dünyasında yaratdığı qeyri-müəyyənliklər funt sterlinqin dəyərdən düşməsinə səbəb olub.
Sterlinq ABŞ dollarına nisbətdə 0,33 faiz ucuzlaşaraq 1.2781 stelinq təşkil edib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB