İstehsal olunan ət və süd məhsullarının Rusiyaya ixrac imkanları genişləndirilir
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup tərəfindən Azərbaycan Respublikasında istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyindən SİA - ya averilən məlumata görə, görülmüş tədbirlər nəticəsində Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilib.
Beləliklə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb.
Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB