Kənd təsərrüfatının inkişafı ilə Azərbaycan yeni bir inkişaf mərhələsi yaşayacaq AÇIQLAMA

Kənd təsərrüfatının inkişafı ilə Azərbaycan yeni bir inkişaf mərhələsi yaşayacaq AÇIQLAMA

"Avqustun 4-də dövlət başçımızın sədriliyi ilə Qaxda baramıçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına həsr olunmuş ümumrespublika müşavirəsi Azərbaycanda texniki bitkilərin yetişdirilməsi istiqamətində yeni bir mərhələdir". Bu sözləri SİA – ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, ölkə başçısı müşavirədəki çıxışında yaxın keçmişə ekskursiya etməklə sovetlər dövründə Azərbaycanın kənd təsərrüfatında qazanılan uğurlar haqqında danışaraq gələcəkdə baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı vəzifələri və hədəfləri müəyyənləşdiribdir: "Əsas hədəf isə istehsal olunan məhsulun xammal şəklində yox, son hazır məhsul şəkilində istehsal olunaraq bazara çıxarılması olub. Bu isə ölkədə yüngül və yeyinti sənayesinin sürətli inkişafına gətirib çıxaracaq, həm də yeni iş yerlərin açılmasına imkan verəcəkdir. Əgər biz statistikaya nəzər yetirsək görəcəyik ki, ölkə əhalisinin 40% - dən çoxu aqrar sektor olan bölgələrdə yaşayır. Ona görə də iqtisadiyyatın bu sahəsinin inkişafı ölkə əhalisinin 40-%-inin işlə təmin olunması deməkdir. Müşavirədə cənab prezident tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunacağı qeyd edibdi. Artıq tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı 2017-2021 –ci illəri əhatə edəcək Dövlət Proqramı təsdiq olunub . Dövlət Poqramında ölkədə tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar görüləcək işlər və icra olunacaq vəzifələr konkret şəkildə müəyyənləşdirilibdir. Düşünürəm ki, digər sahələr üzrə də konkret dövlət proqramlarının qəbulu ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyət və kəmiyyət göstəricilərini artıracaq, dünya bazarlarına çıxarıla biləcək rəqabətqabiliyyətli məhsullarının istehsalına imkan verəcək və Azərbaycan brendini dünyada tanıdacaqdır. Gələcəkdə kənd təsərrüfatında və yüngül-yeyinti sənayesi sahələrində istehsal olunacaq geniş çeşidli dünya standartlarına cavab verəcək məhsulların dünya bazarlarına ixracı ölkəmizə xarici valyuta axınını sürətləndirəcək. Bu da ölkə daxili iqtisadiyyatı davamlılığını artıracaq, milli valyutamızın alıcılıq qabiliyyətini yüksəldəcək, işsizlik problemini birdəfəlik həll edəcək və ölkəmizi yeni bir inkişaf mərhələsinə çıxardacaqdır".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə