Bu il Azərbaycanda 19 milyon tonadək neft və 9,3 milyard kubmetr əmtəəlik qaz hasil edilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19 milyon 161 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 14 milyard 115,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 9 milyard 343,2 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
SİA-nın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il ölkədə neft hasilatı 9 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz. İlin ilk yarısında Azərbaycanın mədənçıxarma sənayesində istehsalının ümumi dəyəri 13 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 6,6 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB