10 il ərzində BVF-nin mənzil-qərargahının (mərkəzi ofis) Pekinə köçürüləcəyi gözlənilir

10 il ərzində BVF-nin mənzil-qərargahının (mərkəzi ofis) Pekinə köçürüləcəyi gözlənilir

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard, Vaşinqtonda keçirdiyi tədbirdə mühüm bəyanatlar verib. SİA xəbər verir ki, Laqard, Çin və digər inkişaf etməkdə olan bazarların inkişaf trendi davam edərsə, 10 il ərzində BVF-nin mənzil-qərargahının (mərkəzi ofis) Vaşinqtondan Çinin paytaxtı Pekinə köçəcəyini söyləyib.

Belə həmlənin inkişaf edən ölkələrin dünya miqyasında iştirakını artıracağını deyən BVF sədri, "Yəni belə bir söhbəti 10 il içərisində Pekindəki ofisimizdə edə biləcəyimiz anlamına gəlir" - deyib.

Laqard, BVF qaydalarına əsasən Fondun mərkəzi ofisinin üzvlər arasında ən böyük iqtisadiyyatda yer almasının vacibliyini də xatırladıb.

Beynəlxalq Valyuta Fondu, 1945-ci ildə qurulduğundan bu yana ABŞ-da yerləşir və bu ölkənin BVF qərarlarına veto qoymaq hüququ var, İdarə Heyətinin də 16,5%-ində söz sahibidir

BVF ABŞ-ın 2018-ci il üzrə artım proqnozunu 2,8%-dən 2,1%-ə endirib. Mütəxəssislər, Çinin gələcək 10 ildə ABŞ-ın ümumi daxili məhsulunu da keçərək hər il 6%-dən çox böyüyəcəyini proqnozlaşdırır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə