Ölkədə qida məhsullarının istehsalı 2,7 faiz artıb

Ölkədə qida məhsullarının istehsalı 2,7 faiz artıb

Cari ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, həmin müddətdə sənayenin emal sektorunda tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz azalıb.

Bununla yanaşı, qida məhsullarının istehsalı 2,7 faiz, içkilərin istehsalı 30,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, ağac emalı və ağac məmulatların istehsalı 82,8 faiz, kağız və karton istehsalı 0,1 faiz, tikinti materiallarının istehsalı 38,5 faiz artıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə