İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı Bakının Nizami, Sabunçu, Xətai rayonlarında, Şəki, Siyəzən, Ağdaş, Tovuz, Beyləqan şəhərlərində, Ağdam rayonundakı ticarət obyektlərində ümumi çəkisi 400 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB