Banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb

Banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb

Ləğv prosesində olan banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Məlumata görə, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, ləğv prosesində olan "Royalbank" ASC-nin balansında olan qeyri yaşayış binası, həmçinin ləğv prosesində olan "Royal Bank" ASC-nin balansında olan avtomobili, ləğv prosesində olan "Gəncəbank" ASC-nin balansında olan qeyri yaşayış binasını, eyni zamanda ləğv prosesində olan "Atra Bank" ASC-nin balansında olan 7 ədəd bankomatı hərrac yolu ilə satışa çıxarılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə