“Amazon” online riteyleri “Whole Foods Market” ərzaq mağazaları şəbəkəsinin satın alınmasına dair razılıq əldə edib. “Amazon” “Whole Foods Market”i əldə etmək üçün 13.7 milyar dollar ödəyib. Satın alma razılaşmasına əsasən “Whole Foods” marka adı və tədarükçiləri ilə yoluna davam edəcək.
Satın almaya dair əməliyyatların 2017-ci ilin ikinci rübündə tamamlanacağı proqnozlaşdırılır.
1978-ci ildə yaradılan “Whole Foods”un ABŞ, Kanada və Böyük Britaniyada 460 mağazası fəaliyyət göstərir. Şirkətin 2016-cı il üzrə satışları təxminən 16 milyard dollar təşkil edib.
Qeyd edək ki, “Whole Foods” son dövrlər bazardakı rəqibi “Kroger”ə uduzurdu. Milyonlarla müştərisini itirməklə bərabər, bu ilin əvvəlində 9 mağazasını bağlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB