Taxtakörpü SES şabranlıları elektriklə tam təmin edəcək

Taxtakörpü SES şabranlıları elektriklə tam təmin edəcək

Taxtakörpü su anbarı tam həcmdə su ilə dolub

Taxtakörpü su anbarının tam həcmdə su ilə dolması ilə bağlı tədbir keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bu gün bu münasibətlə keçirilən tədbirdə Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və başqa rəsmi şəxslər iştirak etdiyi mərasimdə su anbarının istifadəyə verildikdən sonra 1 milyard 190 milyon kubmetr suyun toplandığı barədə məlumat verilib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bildirilib ki, bunun 1 milyard 86 milyon kubmetri istifadə olunub. İstifadə olunan suyun 877 milyon kubmetrindən Abşeron yarımadası əhalisinin içməli su təchizatına sərf olunub.

Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov Taxtakörpü su anbarının regionların inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

O bildirib ki, Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması bu regionda kənd təsərrüfatının inkişafına yeni nəfəs verir. A.Əmiraslanov su anbarı və su elektrik stansiyasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikildiyini və qeyri-neft sektorunun inkişafına xidmət etdiyini deyib.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev ərazidə inşa olunan 25 meqavatlıq Su Elektrik Stansiyasının istehsal olunan elektrik enerjisinin Şabran rayonunun elektrik enerjisi ilə təminatını tam təmin etdiyini bildirib.

Bildirilib ki, 2014-2016-cı illərdə Taxtakörpü su anbarı zonasında yerləşən Xızı və Siyəzən rayonlarında ümumi 13 min 918 hektar sahədə meliorativ tədbirlər başa çatdırılıb ki, onun da 10 min 801 hektarı yeni suvarılan torpaqlardır. 2017-ci ildə isə Xızı, Siyəzən və Şabran rayonlarında 20 min 718 hektar, o cümlədən 10 min 969 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək və 9 min 749 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsi bu ərazilərdə iri təsərrüfatların və aqroparkların yaradılmasına geniş imkanlar yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə