Yağışlı hava ilə əlaqədar olaraq zolaqlar üzrə sürət həddi endirilidi
Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı- Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilidi. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. R.Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.
Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB