Deputat Sədaqət Vəliyeva seçicilərlə görüşüb

Deputat Sədaqət Vəliyeva seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilər ilə görüşüb. Millət vəkili seçicilərinin müraciətlərinə baxıb.

Müraciət edən seçicilərin əksəriyyəti sosial problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təmin olunmaq, həmçinin, müalicə və müayinə edilmək istəyən müraciətçilərin probleminə yerindəcə reaksiya verilib və millət vəkili aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, deputatın seçicilər ilə görüşləri həm qərargahda, həm də səyyar şəkildə ayrı-ayrı məhəllələrdə baş tutur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə