Azərbaycan Həştərxanda zavod açacaq

Azərbaycan Həştərxanda zavod açacaq

Azərbaycanın "Atef-russ" şirkəti Həştərxanda "Lotos" xüsusi iqtisadi zonasında ilk investor olub. Trend-in məlumatına görə, bu barədə Peterburq beynəlxalq iqtisadi forumunda regionun qubernatoru Aleksandr Jilkin deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkəti 2018-ci ildə burada elektrik mühərrikləri istehsalı üzrə zavod açacaq. Artıq şirkət elektrik mühərrikləri və elektrik komponentlərinin istehsalı üzrə zavodun tikintisinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə