Xalq yazıçısının yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı, filologiya elmlər doktoru, professor Elçin Əfəndiyevin yaradıcılığına həsr olunan elmi sessiya keçirilib. Tədbirdə ADU-nun rektor vəzifəsini icra edən prof Əfqan Abdullayev, filologiya elmlər doktoru, dosent Vəfa Əliyev, professor Məryəm Əlizadə, Visions of Azerbaijan jurnalının baş redaktoru İan Peart və digər ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru Əfqan Abdullayev bildirib ki, dövlətimiz elm, təhsil və mədəniyyətimizə qayğı ilə yanaşıb. O bildirib ki, bədii ədəbiyyatın bir çox janrlarında kamil sənət nümunələri yaradan Eçin Əfəndiyevin həyat və yaradıcılığı yüksək qiymətləndirilir. Tədbirdə Elçin Əfəndiyevin yaradıcılığının bədii-estetik məziyyətləri təhlil edilib, yazıçının zəngin irsinin ədəbiyyatımızda təşəkkülünə təsir göstərdiyi vurğulanıb. Azərbaycan teatr səhnəsinin formalaşmasında Elçin Əfəndiyev dramaturgiyasının özünəməxsus yer tutduğu diqqətə çatdırılıb.
Görüşdə universitetin dosent və professorlarının məruzələri dinlənilib.
Daha sonra "Visions of Azerbaijan" jurnalının baş redaktoru İan Peart yazıçının yaradıcılığına ingilis dilində nəzər salıb.
Ali təhsil müəssisəsinin İngilis dilinin üslubu kafedrasının müəllim və tələbə kafedrasının ifasında Elçinin "Şekspir" pyesi ingilis dilində nümayiş olunub. Hazırlanan səhnəcik alqışlarla qarşılanıb.
Sonda xalq yazıçısı Elçin Əfəndiyev verilən qiymətə və dəyərə görə hər kəsə öz təşəkkürünü bildirib. Xalq yazıçısı bildirib ki, görüşün iştirakçıları gənclər olduğundan tədbir onun üçün vacibdir: "Gənclərin yalnız mənim yaradıcılığım yox, mədəniyyət haqqında fikirləri mənim üçün maraqlıdır və buna görə də böyük həvəslə gəlmişəm. Burada müxtəlif dillər tədris olunur. Tələbələrin öyrəndikləri dillərdən hansı əsərləri oxuduqlarını bilmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB