Respublika günü hər bir azərbaycanlının qürur mənbəyidir AÇIQLAMA
"28 May 1918-ci ildə müsəlman dünyasında ilk dəfə dünyəvi, demokratik, müstəqil Azərbaycan dövləti qurulub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanın ilk müstəqil dövlət nümunəsi cəmi 23 ay yaşadı və 70 il Sovetlər İttifaqının tərkibində yaşamağa məhkum olduq: "80-cı illərin sonunda baş qaldırmış milli azadlıq hərəkatları sovetlərin dağılmasına gətirib çıxardı və bu ittifaqda birləşən respublikalar öz müstəqiliklərini elan etdilər.
1991–ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşmasına baxmayaraq ölkəmizin başında qara buludlar çalxalanmaqda idi. İkinci dəfə qovuşduğumuz müstəqillik yenə də əldən getmək təhlükəsi ilə üzləşmişdi. Ölkəmizin bu ağır vaxtında müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması yükünün Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü və ölkəni məhv olunmaqdan xilas etdi. Artıq 26 ildir ki, müstəqil Azərbaycan dövləti Ümumi Liderin ideyaları ilə yaşayır və prezdentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edərək güclü, dünyada nüfuza malik sözün əsil mənasında müstəqil ölkəyə çevrilib. Qeyd etmək istəyirəm ki, Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət olmaqla yanaşı dünyada yaşayan hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Hər il 28 mayı Respublika günü kimi qeyd edirik və bütün vətətəndaşlarımız bu yaşadığı ağır illəri xatırlayaraq ölkəmizin inkişafı naminə daha da sıx birləşirlər. Fürsətdən istifadə edərək xalqımızı qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik edirəm və ölkəmizin müstəqilliyinin sarsılmaz, əbədi olmağını arzulayıram. Bayramınız mübarək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB