Fransanın iqtisadiyyat naziri Brüno Le Mer Yunanıstanın Avroqrup kreditorları ilə razılığa gələrək iyun ayında keçiriləcək ikitərəfli görüşdə ölkə üçün vacib maliyyə yardımı ala biləcəyinə əminliyini ifadə edib.
Avroqrup-Yunanıstan görüşü iyunun 15-nə planlaşdırılıb. Avroqrupun rəhbəri Yerun Deysselblum mayın 22-də Yunanıstan rəsmiləri ilə razılığa gəlmədikləri barədə bəyanat vermişdi. Yunanıstan Avropa Mərkəzi Bankı və digər beynəlxalq kreditorlara 7,5 milyard borclarını ödəmək üçün tezliklə yeni maliyyə yardımı almalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB