Depozit hərracı elan edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib. AMB-dən SİA-ya verilən məlumata görə, xəbər verir ki, 22 may 2017-ci il tarixində keçiriləcək hərrac vasitəsilə 200 000 000 (iki yüz milyon) manat cəlb edilməsi planlaşdırılır.

Müddət 14 gün, faiz dərəcəsi 12,01% – 14,99% aralığındadır.

Qeyd edək ki, Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda dolların manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə